https://pastein.ru/t/Ik

  скопируйте уникальную ссылку для отправки


Səid, bağışla məni. Anladım ki, sənə hər şeyi bu cr uzun məktubda yazmamalı idim. Axı sən bəzən bəzi sözlərin mənasını soruşdun, sən sadə cümlələrdə hər şeyi başa düşmürsən, mən isə sənin üzərinə o qədər məlumat tökdüm ki, yazdıqlarımı özüm də cətinliklə başa düştüm. Bunu düzəltmək üçün mən peşəkar tərcüməçiyə müraciət edərək tərcümə sifariş etdim. Əgər sən onda məni düzgün başa düşmüsənsə belə, mən, səni geri qaytarmaq üçün əlimdən gələni etdiyimi bilmək istəyirəm. Sənə keçmiş həyat yoldaşım haqqında danışmaq istəyirdim. Keçmiş başa düşürsən? Biz birlikdə deyilik, rəsmən evli deyilik. Bizi yalnız uşaq birləşdirir. Həmin məktubumda onunla ünsiyyət qurmağımın nə qədər çətin olduğunu bölüşmək istədim. O qeyri-adekvat bir insandır. Qurbanını buraxmaq istəməyən bir zalımdir sanki. Mən çox dözdüm və onun manipulyasiyalarına tab gətirdim. Uzun illərdir ki, bir yerdə yaşamırıq. Lakin o hər daim yanımızdadır - telefon vasitəsilə, uşağın yanına gələndə. Ona qızı lazım deyil, sadəcə onun vasitəsi ilə mənə təzyiq göstərir. Nə yediyi, nə içdiyi, nə etdiyi ilə maraqlanmır.  Özünü bu cür qayğıkeş kimi göstərir, amma onu başa düşməyə belə çalışmır. Hansı məşqələlərə getdiyini, məktəbdə necə oxuduğunu, dostlarının adlarını bilmir. Keçən il ona hər şeyi yenidən başlamaq şansı verdim. Həyatımda çətinliklər var idi, o qədər özümü itirmiş və zəif idim ki, heç nə vecimə deyil idi. Bu böyük bir səhv idi. Heç bir şey alınmadı, mən dərhal onu tərk etdim. Mən yalnızam. Heç kəsim yoxdur. Səndən başqa həc kəsim. İnsanlara məni rahat buraxmayan keçmiş ərimin olduğunu izah etmək çətindir. Bu gün zəng edib söyüşlər söyür, təhdid edir və məzələnir, növbəti günlər isə normal bir insan kimi danışır, sanki heç bir şey olmayıb. Zəngi götürmədikdə qohum və dostlarıma zəng edir. Onu provokasiya etməmək üçün hər gün ona cavab vermək məcburiyyətindəyəm.  Bu neçə illərdir ki yanımda məni başa düşən və qoruya biləcək bir adam olmadı. Özüm belə heç nəyin dəyişdirilə bilməyəcəyinə, hər şeyə görə günahkar olduğuma və həyatımda daha yaxşı bir şey olmayacağına inanmağa başladım. Yalnız səni sevdiyimi bilməyini istəyirəm. Səni aldatmırdım.  Tərcümə çətinliyi. Məni hər yerdən silmisən və blok etmisən, amma mən hər şeyi sənə izah etmək üçün bir yol tapacağam. Bəlkə də bu sənə lazım deyil, lakin mənim üçün vacibdir. İnsanlarla açıq olmaq mənim üçün çətindir. Nə isə istəməyə bacarmıram. Öz dünyamda yaşayıram. Tək qalmaq və problemlərimlə heç kimi yükləməmək, özümü hər şey yaxşı imiş kimi göstərmək mənim üçün daha asandır. Amma səni itirə bilmərəm.  Bu cür ağılsızlığım üçün. Səni narahat etmək en son etmək istədiyim şeydir, amma hər şeyi sənə izah etməli idim. Bütün bunlar sənə maraqlı deyilsə, təəssüf edirəm. Mən bir cəhd etdim. Həyatında hər şəy yaxşı olsun. Bunu sənə ürəkdən diləyirəm. Xoşbəxtliyə ən çox sən layiqsən.